Avstraliyalı tədqiqatçılar 2019-cu ildə tapılan mirvari qalığının 100 milyon yaşında olduğunu təsdiqləyiblər.
“Füyuzat”ın məlumatına görə, bu barədə “ABC News” məlumat yayıb.
Qeyd edək ki, 2019-cu ildə bir turist Kvinslend ştatının Riçmond şəhərindəki Kronosaurus Korner Muzeyinin paleontoloji qazıntı sahələrində könüllü olaraq işləyən zaman təsadüfən bu mirvari qalığını tapıb.
Mirvari qalığı bir müddət tədqiqatçılar tərəfindən araşdırılıb.
Kvinslend Universitetindən paleontoloq Qreqori Uebb araşdırmalarından sonra 2 santimetr enində və mərmərdən bir qədər böyük olan mirvari qalığının təqribən 100 milyon yaşında olduğunu təyin etdiklərini açıqlayıb.
Tədqiqatdan sonra mirvari qalığı Kronozavr Korner Muzeyində nümayiş etdirilir.



