Xəbərlər

Avstriya və Almaniya daxili işlər nazirləri Suriya səfərini ləğv ediblər

Almaniyanın daxili işlər naziri Nensi Fazer və Avstriyanın daxili işlər naziri Gerhard Karner Almaniya təhlükəsizlik xidmətlərinin terror təhlükəsi ilə bağlı xəbərdarlıqlarından sonra Suriya səfərini ləğv ediblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Bild” qəzeti Almaniya Daxili İşlər Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

“Federal nazir Fazer səhər saatlarında İordaniyanın paytaxtı Əmmandan Suriyanın paytaxtı Dəməşqə planlaşdırılan səfərini Almaniya təhlükəsizlik xidmətlərinin terror təhlükəsi ilə bağlı təfərrüatlı xəbərdarlıqlarına görə ləğv edib”, – Daxili İşlər Nazirliyinin rəsmisi bildirib.