Xəbərlər

Axios: ABŞ Kiyevə Rusiya dərinliklərinə zərbələr endirməyə icazə verib

Birləşmiş Ştatlar Ukrayna hakimiyyətini ABŞ Prezidenti Co Baydenin Rusiya ərazisinə Amerika silahları ilə zərbələr endirməyə icazə vermək qərarı barədə məlumatlandırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb.

“Bayden Administrasiyası təxminən 3 gün əvvəl Baydenin qərarı ilə bağlı məlumatı Kiyevə çatdırıb. Söhbət yalnız Kursk vilayəti ərazisinə endirilməsi planlanan zərbələrdən gedir”, – məlumatda bildirilib.