“ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan prezident seçkilərində qalib gələn Donald Tramp hakimiyyətə gələnə qədər bu ölkələrin hakimiyyət orqanlarına təzyiq göstərmək və Qəzza zolağında atəşkəs razılaşmasına nail olmaq üçün bu həftə İsrail, Misir və Qətərə səfər etmək niyyətindədir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.
“Sallivanın Yaxın Şərqə səfəri dekabrın 11-də başlayacaq. Daha sonra onun İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşü nəzərdə tutulub. Bundan sonra ABŞ prezidentinin köməkçisi Qahirə və Dohaya gedəcək və orada Misir və Qətər səlahiyyətliləri ilə bu ölkələrin Qəzza ilə bağlı danışıqlarda vasitəçilik səylərini müzakirə edəcək. Səfər zamanı Sallivan üç ölkənin liderlərinə təzyiq etmək niyyətindədir ki, onlar anklavda tezliklə barışıq əldə etmək və HƏMAS hərəkatı tərəfindən əsir götürülmüş girovları azad etmək üçün mümkün olan hər şeyi etsinlər”, – məlumatda bildirilib.