Xəbərlər

Azad olunmuş rayonlarda fləşmob hazırlanıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə işğaldan azad olunmuş rayonlarda Prezidentin xüsusi nümayəndəliklərinin dəstəyi sayəsində fləşmob hazırlanıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Dövlət Komitəsindən məlumat verilib.

Məlumata əsasən, Böyük Qayıdışın bütün ünvanlarında doğma yurd yerlərində sevinci, qüruru hər kəs bir cür ifadə edir.”Uşaqların sevinci isə bambaşqadır: səmaya uçan rəngbərəng şarlar onların arzu və ümidlərini təcəssüm etdirir”, – qurumdan vurğulanıb.

Fləşmobda Suveren Azərbaycan: “Köklərimizə bağlılıq, işıqlı sabaha inam” sloqanı yazılıb.