Bakı-Aktau istiqamətində uçuş həyata keçirən “Gulfstream” tipli təyyarə uğurlu eniş etdikdən sonra təyyarənin yerdə idarəolunması zamanı göyərtəsində texniki nasazlıqla bağlı işarə siqnalı işə düşüb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) bildirilib.
Məlumata görə, pilotlar təyyarənin sistemini yeniləyib və məlum olub ki, təyyarədə heç bir texniki nasazlıq yoxdur və təyyarə uçuşa hazırdır.
Təyyarədə sərnişin olmayıb.