Xəbərlər

Azərbaycan əhalisinin gəlirləri 5 % artıb

Bu ilin yanvar-may aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 31 milyard 899,3 milyon manat təşkil edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Qeyd edilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 % çoxdur.

Son 1 ildə ölkədə adambaşına düşən nominal gəlir isə 4,8 % artaraq 3 130,6 manata çatıb.