Çərşənbə günü Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri və ABŞ dövlət katibinin üçtərəfli görüşü keçiriləcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan sosial şəbəkədə bildirib.
“Əvvəlki xəbərin davamı olaraq: Vaşinqtonda əldə olunmuş razılığa əsasən, iyulun 10-da Ermənistan xarici işlər naziri Ararat Mirzoyan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə üçtərəfli görüş keçiriləcək”, – deyə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.