Xəbərlər

Azərbaycan ilə Almaniya gəmiçilik sahəsində “yaşıl texnologiya”lar üzrə müzakirələr aparıb

Azərbaycan ilə Almaniya gəmiçilik sahəsindəki mövcud tendensiyalar, o cümlədən rəqəmsallaşma və innovativ həllər, “yaşıl texnologiya”lar üzrə geniş müzakirələr aparıb və bu istiqamətlərdə gələcək əməkdaşlıq imkanlarını dəyərləndiriblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) məlumat yayıb.

Verilən məlumata görə, müzakirələr ASCO nümayəndələri ilə Almaniyanın “Unitron” şirkətinin idarəedici direktoru və hüquqşünası Niko Hans Zibert, o cümlədən Alman-Azərbaycan Xarici Ticarət Palatasının nümayəndə heyətinin görüşündə aparılıb. 

Məlumata əsasən, görüş zamanı nümayəndə heyətinə ASCO-nun donanması, fəaliyyət istiqaməti və inkişaf planları barədə ətraflı məlumat təqdim olunub və onları maraqlandıran suallar cavablandırılıb.