Xəbərlər

Azərbaycan Mərkəzi Bankı 4 təşkilata lisenziya verib

Azərbaycan Mərkəzi Bankı (AMB) “Greentek Group” MMC-yə və “Payriff” QSC-yə elektron pul təşkilatı, “Fizza Pay” və “Kabox” MMC-lərə isə ödəniş təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziya verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə AMB-dən bildirilib.

Məlumata görə, lisenziya “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanuna əsasən verilib.

“Ödəniş xidmətlərinin göstərilməsi üçün lisenziyanın əldə edilməsinə dair müraciət etmiş digər təşkilatların qiymətləndirilməsi hazırda davam edir”, – deyə AMB bəyan edib.

AMB bundan əvvəl “A-Solutions”, “United Payment”, “Modenis”, “PashaPay”, “Mobile Payment Solutions”, “Paysis”, “PulPal” və “K Group” MMC-lərə, “GoldenPay” ASC-yə və “Mpay” QSC-yə elektron pul təşkilatı, “Token Azərbaycan”, “Global Innovations”, “Drakaris”, “Multi Solutions”, “M.A.X Sistemləri Plyus” və “Cibpay” MMC-lərə ödəniş təşkilatı, “Azərikard” MMC-yə isə elektron pul təşkilatı və ödəniş sistemi operatoru kimi fəaliyyət göstərmək hüququ verən müddətsiz lisenziyalar verib. Beləliklə, bu sahədə lisenziyası olan təşkilatların sayı 21-ə çatıb.