Azərbaycan Mərkəzi Bankı (AMB) “Bakı Fond Birjası” QSC-yə (BFB) rəsmi xəbərdarlıq edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə AMB-dən bildirilib.
Məlumata görə, qurumun həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində BFB-nin “Qiymətli kağızlar bazarı haqqında” qanunun 46.2 və 46.3-cü maddələrinə riayət etmədiyi müəyyənləşdirilib və Birjaya xəbərdarlıq olunub.