Kazanda keçirilən BRICS sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev Vyetnamın Baş naziri Fam Min Tin ilə görüşüb.
“Füyuzat”ın məlumatına görə, qeyri-rəsmi qısa söhbət zamanı tərəflər ikitərəfli münasibətləri və beynəlxalq məsələləri müzakirə ediblər.
Qeyd edək ki, Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində səfərdədir.