Xəbərlər

Azərbaycan səfirliyi Suriyada kimsəsiz uşaqlar üçün iftar süfrəsi təşkil edir

Azərbaycanın Suriyadakı səfirliyi bu ölkədə kimsəsiz uşaqlar üçün iftar süfrəsi təşkil edir.

“Füyuzat”ın məlumatına görə, Azərbaycanın Dəməşqdəki müvəqqəti işlər vəkili Elnur Şahhüseynovun iştirakı ilə paytaxtın Məzzə məhəlləsində 500 uşaq üçün iftar süfrələri qurulub.

Məlumata görə, üç gün davam edəcək proqramda, ümumilikdə, 3 min kimsəsiz uşağa iftar veriləcək.