Xəbərlər

Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 13 %-ə yaxın artırıb

Bu il oktyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard 493,4 milyon ABŞ dolları təşkil edib.

“Füyuzat”ın məlumatına görə, bunun 83,95 %-i və yaxud 61 milyard 697,6 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 16,05 %-i və yaxud 11 milyard 795,8 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.

Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 3 milyard 755,2 milyon ABŞ dolları və yaxud 5,4 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 3 milyard 697 milyon ABŞ dolları və yaxud 6,4 %, AMB-nin valyuta ehtiyatlarında isə 58,2 milyon ABŞ dolları və yaxud 0,5 % artım olub.

Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 8 milyard 194,1 milyon ABŞ dolları və yaxud 12,55 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 6 milyard 173,6 milyon ABŞ dolları və yaxud 11,1 %, AMB-nin valyuta ehtiyatları isə 2 milyard 20,5 milyon ABŞ dolları və yaxud 20,6 % artım nümayiş etdirib.

ARDNF-invalyuta ehtiyatları(milyon ABŞ dolları)AMB-ninvalyuta ehtiyatları(milyon ABŞ dolları)Azərbaycanınstrateji valyuta ehtiyatları(milyon ABŞ dolları)
01.10.202461 697,611 795,873 493,4
01.07.202458 000,611 737,669 738,2
01.04.202457 372,811 654,469 027,2
01.01.202456 069,711 613.067 682,7
01.10.202355 524,09 775,365 299,3