Xəbərlər

Azərbaycan TDT ilə birgə fəaliyyətin genişləndirilməsini müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Türk Dövlətləri Təşkilatının (TDT) Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası çərçivəsində TDT-nin baş katibi Kubanıçbek Ömüralıyevlə görüşüb.

“Füyuzat”ın məlumatına görə, bunu nazir “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“TDT-nin qlobal müstəvidə möhkəmlənən mövqeyi, ölkəmizlə əməkdaşlıq və üzv ölkələr arasında müasir texnologiyaların tətbiqi, innovativ həllər, nəqliyyat, logistika, tranzit kimi prioritet istiqamətlərdə birgə fəaliyyətin genişləndirilməsi barədə fikirlərimizi bölüşdük”, – deyə o qeyd edib.