COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Sinqapurun davamlılıq və ətraf mühit naziri Qreys Fu Hay Yen (Grace Fu Hai Yien) ilə görüşüb.
“Füyuzat”ın məlumatına görə, bu barədə COP29-un “X” hesabında paylaşım edilib.
Bildirilib ki, görüş zamanı noyabrın 11-22-də Bakıda keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) öncəsi ortaq məqsədlər və danışıqların gedişatı müzakirə edilib.