Xəbərlər

Azərbaycan və Türkiyə arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi təsdiqlənib

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təbii qaz sahəsində Əməkdaşlıq Sazişi”ni təsdiq edib.

“Füyuzat”ın məlumatına görə, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Əməkdaşlıq Sazişi qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə tərəfinə bildiriş göndərməlidir.