Azərbaycan və Türkiyə arasında maliyyə sektorunda əməkdaşlıq müzakirə edilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Məlumata görə, nazir Samir Şərifov Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı ilə görüş keçirib. Görüşdə iki ölkə arasında maliyyə, iqtisadi, regional və beynəlxalq maliyyə qurumları çərçivəsində əməkdaşlıq məsələlərinin diqqət mərkəzində olub, xüsusilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı və Qara Dəniz Ticarət və İnkişaf Bankı çərçivəsində qardaş ölkələrin maraqlarına cavab verən qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.