Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov ilə Türkiyə Dövlət Opera və Balet Teatrının Baş direktoru Tan Sağtürk arasında işgüzar görüş keçirilib.
“Füyuzat” AZƏRTAC-a istinadən bildirir ki, görüş zamanı iki qardaş ölkənin aparıcı opera müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri ətraflı müzakirə olunub.
Tərəflər gələcək birgə layihələr, qarşılıqlı qastrol proqramların hazırlanması, solistlərin və yaradıcı kollektivlərin mübadiləsi, habelə hər iki teatrda mütəxəssislər tərəfindən ustad dərslərin təşkili ilə bağlı razılığa gəliblər.



