“Azərbaycan Ermənistanla münasibətləri normallaşdırmağı hədəfləyir, lakin İrəvan Bakıya qarşı əsassız tələbləri aradan qaldırmalıdır”.
“Füyuzat”ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “İzvestiya” qəzetinə müsahibəsində deyib.
“Azərbaycan tərəfinin mövqeyi ondan ibarətdir ki, Ermənistan Respublikası ilə münasibətləri normallaşdırmağa yönəlmişik, lakin biz o xəttə tam sadiqik ki, bütün əsassız tələblər, Ermənistan Respublikasının bir çoxları üçün bəyan etdiyi əsassız mövqelər tamamilə aradan qaldırılmalıdır”, – Ceyhun Bayramov bildirib.