Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 10 milyard 418,5 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Statistika Komitəsindən bildirilib.
Qeyd edilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 % çoxdur.
Son bir ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 0,3 % artaraq 5 milyard 537,3 min manat, heyvandarlıq məhsullarının dəyəri isə 1,4% artaraq 4 milyard 881,2 milyon manat olub.
Bu il oktyabrın 1-nə qədər qarğıdalı da daxil olmaqla tarlalardan 3 milyon 134 min ton və yaxud ötən ilin eyni dövrünə nisbətən 1,1 % çox dənli və dənli paxlalı bitkilər, 1 milyon 712,9 min ton və yaxud 1,1 % çox tərəvəz, 892,3 min ton və yaxud 9,1 % az kartof, 794,4 min ton və yaxud 0,9 % çox meyvə və giləmeyvə, 490 min ton və yaxud 12 % çox bostan məhsulları, 170,9 min ton və yaxud 6,3 % az üzüm, 86,1 min ton və yaxud 80,6 % çox şəkər çuğunduru, 29,9 min ton və yaxud 12,4 % çox günəbaxan, 19,7 min ton və yaxud 38,1 % çox pambıq, 4,1 min ton və yaxud 43,1 % çox tütün, 997,5 ton və yaxud 3,7 % çox yaşıl çay yarpağı yığılıb.
9 ay ərzində diri çəkidə 429 min ton ət, 1 milyon 694,2 min ton süd, 1 milyon 755,8 milyon ədəd yumurta, 14,8 min ton yun, 239,4 ton barama istehsal olunub. İllik müqayisədə ət istehsalı 1 %, süd istehsalı 0,7 %, yumurta istehsalı 5,6 % artıb, yun istehsalı 1,9 %, barama istehsalı 32,9 % azalıb.