Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib.
“Füyuzat”ın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib.
Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.