Xəbərlər

Azərbaycanda süni intellektin inkişafı üçün əlverişli biznes mühiti yaradılacaq

Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi “2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda 4 hədəf nəzərdə tutulur.

“Füyuzat”ın məlumatına görə, bunlar, aşağıdakılardır:

  • ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması;
  • süni intellektin tətbiqi üçün əlverişli şərait yaradılması;
  • süni intellekt sənayesində işləmək üçün ixtisaslı işçi qüvvəsinin hazırlanması;
  • cəmiyyətin bütün üzvlərinə süni intellektin faydalarının geniş şəkildə təbliğ edilməsi.

Strategiyada həmçinin 4 prioritet nəzərdə tutulur:

  • Süni intellektin idarə edilməsinin inkişafı və təkmilləşdirilməsi;
  • Məlumat idarəetməsinin və infrastrukturunun təkmilləşdirilməsi;
  • Süni intellekt üzrə istedad və bacarıqların təkmilləşdirilməsi;
  • Əlverişli biznes mühitinin yaradılması.