Ədəbiyyat Xəbərlər

Azərbaycanım…

Torpağı – türbət,

Suları – şərbət,

Günəşi – məlhəm,

Ayrılığı – qəm,

Azərbaycanım!..

Aranı, dağı

Tərlan oylağı,

Könlüm çırağı,

Qızılgül bağı,

Azərbaycanım!..

Ana nəfəslim,

Qaranquş səslim,

Ellim, obalım,

Dağlar havalım,

Azərbaycanım!..

Qızları dilbər,

Oğulları ər,

Odum, ocağım,

Ana qucağım,

Qalsam həyatım,

Ölsəm, torpağım,

Azərbaycanım!..

Mirvarid Dilbazi