Xəbərlər

Azərbaycanın Baş prokuroru Türkiyədə səfərdədir

Azərbaycanın Baş prokuroru Kamran Əliyev Türkiyədə səfərdədir.

“Füyuzat”ın məlumatına görə, bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyinin “X” hesabında qeyd olunub.

Bildirilib ki, səfər çərçivəsində Baş prokuror nümayəndə heyəti ilə birlikdə Ankarada Anıtkabiri ziyarət edib, Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün xatirəsini ehtiramla anıb və Şərəf dəftərini imzalayıb.