Xəbərlər

Azərbaycanın İstanbulda açacağı məktəb üçün ərazi rəsmən təsdiqlənib

Azərbaycanın İstanbulda açacağı məktəb üçün ərazi rəsmən təsdiqlənib.

“Füyuzat”ın məlumatına görə, bunu  Türkiyə Milli Təhsil naziri Yusuf Tekin “Teleqraf” İnformasiya Agentliyinə müsahibəsində bildirib.

Nazir Azərbaycanın Türkiyədə qurmağı planlaşdırdığı beynəlxalq məktəb üçün ayrılacaq ərazinin rəsmi təsdiq prosesinin tamaamlandığını qeyd edib.

Nazirin sözlərinə görə, bu qərar iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində atılan mühüm addımdır. O, həmçinin qeyd edib ki, Türkiyənin Qarabağda məktəb inşa etməsi barədə də razılıq əldə olunub.

Yusuf Tekin vurğulayıb ki, Türkiyə və Azərbaycan arasında təhsil əlaqələri ortaq dəyərlərə və qardaşlığa əsaslanır və bu əməkdaşlıq regionun gələcəyinə işıq salacaq.