Bu ilin sonuna qədər Bakıda Azərbaycanın qış turizminin təbliğinə və inkişafına dair beynəlxalq konfrans keçiriləcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Dövlət Turizm Agentliyi məlumat verib.
Məlumata görə, konfransda 100-150 nəfərin iştirakı planlaşdırılır. Qonaqların agentliyə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC-yə səfəri planlaşdırılır.