Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyilə ölkəmizin ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 15 illiyi münasibətilə “AzerGold” QSC və “Azərxalça” ASC mədəni irsinin təbliği ilə bağlı birgə layihənin icrasına başlayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “AzerGold”dan məlumat verilib.
Bildirilib ki, təşəbbüs çərçivəsində Qarabağ xalçaçılıq məktəbinə aid “Azərxalça” brendinə məxsus “Qasımuşağı” və “Çələbi” xalçalarını əldə edən hər bir müştəriyə “AzerGold” QSC tərəfindən istehsal olunmuş və üzərində Qarabağ xalçaçılıq məktəbinə məxsus “Qasımuşağı və “Çələbi” xalçasının ornamentlərinin həkk olunduğu “Laçın” və “Qarabağ xalçası – Çələbi” gümüş sikkələri hədiyyə ediləcək.



