İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Spacecraft Development and Production” MMC-ni dövlət qeydiyyatına alıb.
“Füyuzat”ın məlumatına görə, yeni şirkətin hüquqi ünvanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliklə (“Azərkosmos”) eyni – Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 72, nizamnamə kapitalı 1 000 000 manat, qanuni təmsilçisi isə Fariz Əli oğlu Əliyevdir.
O, “Azərkosmos”un Tədqiqat və inkişaf mərkəzinin direktorudur.