Xəbərlər

Azıx və Tağlar mağara düşərgələri UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil ediləcək

İşğaldan azad edilmiş Xocavənd rayonu ərazisində yerləşən Azıx və Tağlar mağara düşərgələri UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil ediləcək.

“Füyuzat”ın məlumatına görə, bununla bağlı Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı “Əsaslı Tikinti və Təchizat” MMC hazırlıqlara başlayıb.

Məlumata görə, ilkin olaraq bununla bağlı xarici ekspertlər cəlb olunmaqla nominasiya faylı hazırlanacaq.

Qeyd edək ki, hazırda bu mağaralar Ümumdünya İrs Siyahısının müvəqqəti obyektləri sayılır.