ABŞ-ın Bağdaddakı Viktoriya bazası ətrafında dörd partlayış səsi eşidilib.
“Füyuzat”ın məlumatına görə, bu barədə İRNA məlumat yayıb.
Bildirilib ki, İraqın müqavimət qrupları Amerikanın İsrailə dəstəyinə görə ondan qisas almaq məqsədilə dəfələrlə ABŞ-ın ölkədəki və qonşu Suriyadakı bazalarını və hərbi obyektlərini hədəfə alıblar.
Dağıntı və təlafat barədə təfərrüatlar verilməyib.