Bakı Beynəlxalq İncəsənət Festivalı ilə bağlı mətbuat konfransı keçirilib.
“Füyuzat”ın məlumatına görə, mətbuat konfransında festivalın fəxri səfirləri Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri Fuad İbrahimov, Avroviziya 2018-də Azərbaycan təmsilçisi Aysel Məmmədova və dramaturq, ssenarist İsmayıl İman iştirak edib.
Festivalın PR meneceri Rəşad Alıyev bildirib ki, 31 oktyabr–16 noyabr tarixləri arası həftə sonları zəngin proqramlar təqdim olunacaq:
“Bakı şəhərini dünyada tanıtma missiyasını nəzərə alaraq, festivalın hər il keçirilməsi planlaşdırılır. Bu cür festivallar yüksəksəviyyəli festival hesab olunur və özündə çox böyük turist potensialı ehtiva edir”.
Drijor Fuad İbrahimov qeyd edib ki, festival çərçivəsində Azərbaycana dünyanın bir çox ölkəsindən incəsənət xadimləri gələcək.



