Bakı metrosunda dünyaya gəlmiş körpə 25 yaşına qədər metrodan ödənişsiz istifadə edəcək.
“Füyuzt”ın məlumatına görə,, bunu “Bakı Metropoliteni”nin hərəkət xidmətinin rəisi Anar Zamanov deyib.
“Yeni doğulmuş körpə Bakı metrosunun bir növ “xüsusi sərnişini” olacaq. Simvolik olaraq ona 25 yaşına qədər metrodan ödənişsiz istifadə hüququ təqdim olunacaq. Bundan başqa, ailəyə kiçik hədiyyələr də təqdim ediləcək”, – o bildirib.
***
İkinci xəbər / 10:44
“Bakı Metropoliteni” QSC-nin “20 Yanvar” stansiyasından doğuş səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə (TƏBİB) müraciət qeydə alınıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə TƏBİB-dən məlumat verilib.
Məlumata əsasən, hadisə yerinə təcili tibbi yardım briqası cəlb olunub.
36-37 həftəlik hamiləliyi olan şəxsə zəruri tibbi xidmətlər göstərərək doğuşu nəzarətə götürüb. Çəkisi 2 200 qram olan oğlan uşağı dünyaya gəlib.
Daha sonra ana və körpə Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub. Hazırda hər ikisinin vəziyyəti stabil qiymətləndirilir.
***
İlk xəbər / 09:28
Bu gün saat 07:40 radələrində “Bakı Metropoliteni” QSC-nin “20 Yanvar” stansiyasında bir qadın körpə dünyaya gətirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə səhmdar cəmiyyətindən bildirilib.
Məlumata görə, hadisə zamanı stansiya əməkdaşları ona ilkin yardım göstərib. Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya gətirib.
İlkin məlumata əsasən, ana və körpənin vəziyyəti qənaətbəxş hesab olunur. Onlar saat 08:06-da stansiyadan xəstəxanaya aparılıblar.



