Bakıda Mərkəzi və Şərqi Avropada yaşıl enerji məsələləri üzrə ən böyük forum keçiriləcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Diplomat qeyd edib ki, bu tədbir BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində baş tutacaq.
“Bolqarıstanın Dir.bg internet portalının dəstəyi ilə təşkil edilən Mərkəzi və Şərqi Avropada yaşıl enerji məsələləri üzrə ən böyük forum olan “Green Transition” forumu COP29 iqlim konfransı çərçivəsində ilk dəfə Bakıda keçiriləcək”, – o bildirib.