Xəbərlər

Baltikyanı ölkələr və Polşa “Zapad 2025″ə cavab olaraq təlimlər keçirəcək

Baltikyanı ölkələr və Polşa sentyabrda 40 minə qədər hərbçinin iştirakı ilə təlimlər keçirəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Litva ordusunun komandanı general Raymundas Vaiksnoras məlumat verib.

“Qərb bloku Belarus-Rusiya təlimlərinə güzgü cavabı olaraq, Baltikyanı ölkələr və Polşanın iştirakı ilə 40 minə yaxın əsgərin iştirak edəcəyi regional manevrlər keçirəcək”, – o əlavə edib.

Komandir Litvada keçirilən təlimlərin miqyasını açıqlayıb.

“Perkuno Qrausmas” təlimləri bir neçə mərhələdə sentyabr və oktyabr aylarında planlaşdırılır. Təlimlərdə 10 minə yaxın əsgərimiz və 6 minə yaxın NATO müttəfiqimiz iştirak edəcək”, – general qeyd edib.