Xəbərlər

Bayden: ABŞ hərbi-sənaye kompleksinə 1,3 trilyon dollar sərmayə qoyub

“ABŞ-ın hazırkı administrasiyası hərbi satınalmalara və inkişafa rekord məbləğdə – 1,3 trilyon dollar dəyərində sərmayə qoyub”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ-ın hazırkı prezidenti Co Bayden bildirib.

“Biz müdafiə sənayesi bazamızı əhəmiyyətli dərəcədə gücləndirdik, satınalmalara, tədqiqat və inkişafa təxminən 1,3 trilyon dollar sərmayə qoyduq. Bu, Amerikanın Soyuq Müharibə dövründən sonra formalaşan istənilən administrasiyasının yatırdığı sərmayədən çoxdur”, – Bayden əlavə edib.