Xəbərlər

Bayden: ABŞ iki nüvə dövləti arasında müharibədən qaçmağa çalışır

“Mənim iki vəzifəm var idi: biri dünyanı birləşdirmək və Ukraynanı qorumaq, digəri isə iki nüvə dövləti arasında müharibədən qaçmaq. Bu gün hər ikisini etdik”.

“Füyuzat”ın məlumatına görə, bunu ABŞ prezidenti Co Bayden Ukrayna böhranını şərh edərkən deyib.

Qeyd edək ki, Bayden bazar ertəsi ABŞ Dövlət Departamentində səlahiyyətlərinin Vaşinqton administrasiyasının növbəti rəhbəri Donald Trampa təhvil verilməsindən əvvəl xarici siyasətlə bağlı vida nitqi söyləyib.