ABŞ-ın hazırkı prezidenti Co Bayden ölkənin 2025-ci maliyyə ili üçün 895 milyard dollar həcmində müdafiə büdcəsini təsdiqləyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi məlumat yayıb.
“Prezident 2025-ci maliyyə ili üçün, ilk növbədə, Müdafiə Nazirliyi və hərbi tikinti proqramları, Enerji Departamentinin milli təhlükəsizlik proqramları və kəşfiyyat proqramları üçün ayrılan vəsaitlərini imzalayıb.
ABŞ Konqresinin Nümayəndələr Palatası layihəni dekabrın 11-də, Senat dekabrın 18-də təsdiqləyib”, – məlumatda bildirilib.