Xəbərlər

Bayden Filippin və Yaponiyadan olan həmkarları ilə danışıqlar aparacaq

“ABŞ-ın hazırkı prezidenti Co Bayden İtaliya və Vatikana gələcək səfərləri zamanı Filippin prezidenti Ferdinand Markos və Yaponiyanın Baş naziri Şiqeru İşiba ilə onlayn danışıqlar aparacaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Prezident üçtərəfli tərəfdaşlığımızı və Hind-Sakit okean regionunda təhlükəsizliyin təmin edilməsi istiqamətində səylərimizi daha da gücləndirmək üçün Vaşinqtona qayıtmazdan əvvəl Yaponiya və Filippin liderləri ilə virtual görüş keçirəcək”, – Kribi qeyd edib.