“ABŞ-ın hazırkı Prezidenti Co Bayden yanvarda vəzifəsini tərk etməzdən əvvəl Kiyevə 7 milyard dollardan çox ABŞ silahının çatdırılması ABŞ Müdafiə Nazirliyi üçün çətin məsələ olacaq”.
“Füyuzat”ın məlumatına görə, bunu Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq deyib.
“Prezident Co Bayden Konqresin təyin etdiyi bütün maddi vəsaiti səlahiyyət müddəti başa çatana qədər xərcləmək istədiyini açıqladı. Bunun baş verməsi üçün çox çalışmalı olacağıq. Bəzi silahların çatdırılması bir neçə ay çəkə bilər. Departament Amerika ordusunun döyüş hazırlığının səviyyəsini azaltmamaq üçün Kiyevə ABŞ ehtiyatlarından silah tədarükünə icazə vermək fikrində deyil”, – Sinq vurğulayıb.