Xəbərlər

Bayden: İsrail əsirləri azad etmək məqsədi ilə Ramazan ayında atəşkəsə razılıq verib

İsrail hökuməti HƏMAS-ın saxladığı əsirləri azad etmək məqsədilə Ramazan ayında atəşkəsə razılıq verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ prezidenti Co Bayden məlumat verib.

“İlk növbədə saxlanılan əsirlər azad edilməlidir. İsraillilər razılaşıblar ki, bütün əsirləri azad etməyə vaxt vermək üçün Ramazan ayında heç bir tədbir görməyəcəklər. Düşünürəm ki, müvəqqəti atəşkəsə nail olsaq, Qəzza sektorunda baş verənlərin dinamikasının dəyişməsi istiqamətində hərəkət edə bilərik”, – Amerika prezidenti bildirib.