Bir müddət əvvəl ikinci müddətə prezidentliyə namizəd olmaqdan imtina edən ABŞ Prezidenti Co Bayden hazırkı müddətinin sonunadək dövlət başçısı vəzifəsini davam etdirəcəyini bəyan edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ lideri özü məlumat yayıb.
“Biz Amerika Birləşmiş Ştatlarıyıq. Edə bilməcəyimiz heç nə yoxdur. Biz sadəcə kim olduğumuzu yadda saxlamalıyıq. Mən öz prezidentlik fəaliyyətimi bunu sübut etməyə həsr etmişəm. Bu gün də, sabah da, hər gün də bunu davam etdirəcəm ki, sizin prezidentiniz olmaq şərəfinə layiq olum”, – deyə Bayden bildirib.