ABŞ-ın hazırkı prezidenti Co Bayden Kaliforniyada azı 5 nəfərin ölümü ilə nəticələnən yanğınlar səbəbindən İtaliyaya səfərini ləğv etmək qərarına gəlib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bəyanatında bildirib.
“Bu axşam Los-Ancelesdən qayıtdıqdan, səhər saatlarında bölgədə tüğyan edən tarixi yanğınlarla mübarizə aparan polis, yanğınsöndürənlər, fövqəladə hallar işçiləri ilə görüşdükdən və Kaliforniyanın fəlakət zonası elan edilməsindən sonra prezident Bayden İtaliyaya səfərini ləğv etmək qərarına gəldi. İtaliya federal səviyyədə cavab tədbirlərinin idarə edilməsinə diqqət yetirməlidir”, – bəyənatda qeyd olunub.