ABŞ prezidenti Co Bayden bazar günü jurnalistlərlə qısa söhbət zamanı onların ünvanına sərt ifadələr işlədib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat konfransında iştirak edən jurnalistlər bildirib.
Belə ki, Baydenə Trampın iqtidara gəldikdən sonra miqrasiya siyasətinin necə olması barədə sual verilib.
Miqrasiya böhranı problemini həll etmək barədə danışan Bayden qəfildən sözünü dayandırıb və sözügedən sualı verən jurnalistə təhqiramiz ifadələr işlədib.
“Mən ən yaşlı prezident ola bilərəm, amma mən sənin bütün lənətə gəlmiş həyatında rast gəlmədiyindən daha çox dünya liderini tanıyıram. Onların necə düşündüyünü bilirəm. Bu zarafat deyil”, – Bayden bildirib.