“Rusiya Prezidenti Vladimir Putinlə danışmağa heç bir səbəb yoxdur, lakin zəng edəcəyi təqdirdə danışmağa hazıram”.
“Füyuzat”ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Co Bayden Vaşinqtonda NATO Sammitindən sonra mətbuat konfransı zamanı deyib.
“Hazırda Putinlə danışmaq üçün səbəbim yoxdur. Onun davranışında hər hansı bir dəyişiklik görmürəm”, – Bayden qeyd edib.
Prezident daha sonra əlavə edib ki, sonuncu dəfə Putinlə söhbəti silahlara nəzarət sazişi üzərində işlərin irəliləməsinə səbəb olub.