Xəbərlər

Bayden: Rusiyanın reaksiyası insanı dəhşətə salır

“Rusiyanın Ukrayna tərəfindən Qərb silahları ilə Rusiya ərazisinin dərinliklərinə endirilən zərbələrə reaksiyası insanı dəhşətə salır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti ABŞ-ın hazırkı prezidenti Co Baydenin sözlərindən sitat gətirib.

“Rusiya bir gecədə Ukraynaya dəhşətli hava hücumu həyata keçirdi. Rusiyanın zərbələri Kiyevi dəstəkləməyin təcili və vacibliyi haqqında daha bir xatırlatma rolunu oynayır. Mən 2024-cü ildə ilk növbədə hava hücumundan müdafiə vasitələrinin Ukraynaya göndərilməsini əmr etdim”, – Bayden vurğulayıb.