“ABŞ xüsusi xidmət orqanları Nyu Orleandakı terror aktı ilə Las-Veqasda baş verən partlayış arasında əlaqənin olub-olmadığını araşdırır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə prezident Co Bayden çıxışı zamanı bildirib.
ABŞ lideri iki insidentlə bağlı çıxışında deyib: “Biz Las-Veqasdakı “Trump” otelinin qarşısında baş verən partlayışı izləyirik. Hüquq-mühafizə və kəşfiyyat orqanları bu hadisənui də araşdırır”, – Bayden deyib.
Prezident əlavə edib ki, insidentlə bağlı intensiv araşdırma tam və dolğun məlumat əldə edilənə qədər davam edəcək.