Xəbərlər

Bayden və Harris arasında Yaxın Şərqlə bağlı kritik görüş olub

Yaxın Şərqdə gərginlik davam edərkən ABŞ-da Prezident Co Bayden və vitse-prezident Kamala Harris milli təhlükəsizlik komandası ilə oradakı vəziyyəti müzakirə ediblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Evdən məlumat verilib.

Məlumata görə, Yaxın Şərqdə İsrail, Livan, İran və Fələstin arasında yaşanan gərginliyin müzakirə edildiyi görüşdə HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinin münaqişəyə təsirləri və İranın buna necə cavab verə biləcəyi də gündəmdə olub.

Həmçinin görüşdə ABŞ-ın İsrailin təhlükəsizliyinə necə dəstək verəcəyi, regional gərginliyi azaltmaq və Qəzzada mümkün atəşkəs prosesini yekunlaşdırmaq üçün diplomatik səylər də müzakirə edilib.