Xəbərlər

Bayden və İordaniya kralı bəzi məsələləri müzakirə ediblər

ABŞ-ın hazırkı prezidenti Co Bayden bazar ertəsi İordaniya kralı II Abdullah ibn Əl Hüseyn ilə telefon danışığı aparıb. Tərəflər İŞİD terror qruplaşması ilə mübarizə və Suriyada keçid prosesini müzakirə ediblər.

“Füyuzat”ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.

“Bayden BMT-nin himayəsi altında və BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinə uyğun olaraq Suriya müxalifətinin rəhbərlik etdiyi keçid prosesinə tam dəstəyini vurğulayıb. O, həmçinin Suriyanın şərqindəki vəziyyəti, o cümlədən ABŞ-ın İŞİD-i məğlub etmək missiyasına sadiqliyini və həyata keçirilən zərbələri müzakirə edib. Prezident ABŞ-ın İordaniyada və bütün Yaxın Şərq regionunda sabitliyin qorunmasında və gərginliyin azaldılmasındakı əsas rolunu dəstəklədiyini vurğulayıb”, – bəyənatda bildirilib.