Xəbərlər

Bayden: Yaxın Şərqdə tam miqyaslı müharibədən qaçmaq olar

ABŞ Prezidenti Co Bayden hesab edir ki, Yaxın Şərqdə tammüddətli münaqişənin qarşısını almaq mümkündür.

“Füyuzat”ın məlumatına görə, o bu barədə jurnalistlərə açıqlamasında bildirib.

“Mən uzunmüddətli müharibənin başlayacağına inanmıram. Məncə, bundan qaça bilərik. Amma bunun üçün hələ çox iş görülməlidir”, – Bayden deyib.

Eyni zamanda Amerika lideri Birləşmiş Ştatların İsrailə kömək üçün qoşun göndərib-göndərməyəcəyi sualına birbaşa cavab verməyib.

“Biz artıq İsrailə kömək etmişik. biz İsraili qoruyacağıq”, – deyə o bildirib.